Yunanıstan parlamentinin vitse-spikeri Vasilios Viliardos Avropa Parlamentinin noyabrın 28-də qəbul etdiyi anti-Rusiya qətnaməsini biabırçılıq adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, parlamentin iclasında bildirib.
“Bu qətnamə mühafizəkarların, sosialistlərin, liberalların və yaşılların əksəriyyəti tərəfindən qəbul edilib və onun tərkibində olanlar hətta neytral müşahidəçilərin qəzəbinə səbəb olur”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
Üstəlik, onun sözlərinə görə, qətnamə üçüncü dünya müharibəsinə çağırışdır. Viliardos vurğulayıb ki, sənəddə NATO-nun Rusiyaya birbaşa hücumunun digər məsələlərlə yanaşı, nüvə münaqişəsinə səbəb ola biləcəyi təhlükələri barədə heç bir müzakirə və ya qeyd yoxdur.
“Aydındır ki, biz bunu (Qətnamə – RT) Avropa İttifaqı kimi sivil region üçün biabırçılıq hesab edirik”, – deyə parlament sədrinin müavini əlavə edib.