NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, dialoq çərçivəsində tərəflər Yaxın Şərqdə Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən danışıblar.
“Tərəflər Yaxın Şərqdəki son hadisələri və Qəzza zolağındakı humanitar vəziyyəti müzakirə ediblər. Baş nazir Yunanıstanın HƏMAS terrorizmi və İsrailin özünümüdafiə hüququ ilə bağlı mövqeyini bir daha təkrarladı. Mitsotakis Qəzza zolağında mülki əhalinin müdafiəsi və humanitar fasilələrə və əsas humanitar yardımın davamlı axınına ehtiyacla bağlı artan narahatlığını vurğuladı.