Yunanıstan və Türkiyə sərhədindəki körpünün tikintisinə 2024-cü ildə başlanacaqbackend

Yunanıstan və Türkiyə sərhədindəki körpünün tikintisinə 2024-cü ildə başlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Kostas Franqoyannis İpsala sərhədində Türkiyə ilə Yunanıstan arasında keçidləri asanlaşdıracaq yeni körpünün tikintisinə 2024-cü ildə başlanacağını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Türkiyə ilə ikitərəfli münasibətlərdə həssas mövzulara toxunulmadığına diqqət çəkən Franqoyannis, əlaqələrin “nəqliyyat, ətraf mühit, kiçik və orta sahibkarlıq, turizm kimi iqtisadiyyat və ticarətin 29 sahəsində inkişaf etdiyini” bildirib.

Franqoyannis qeyd edib ki, müsbət gündəliyin ilk üç ilində ikitərəfli ticarətin asanlaşdırılması, turizmin canlandırılması və mülki müdafiə sahələrində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb.

Müsbət gündəmin iki ölkə xalqı üçün də əməli faydalar təmin edəcəyini vurğulayan Franqoyannis, Ispala sərhəddində nəqliyyat vasitələrinin keçməsi üçün ikinci körpünün tikintisinə 2024-cü ildə başlanılacağını və bu körpünün böyük rahatlıq təmin edəcəyini bildirdi.