Yunanıstan XİN-dən Türk bayrağının yandırılmasına MÜNASİBƏTbackend

Yunanıstan XİN-dən Türk bayrağının yandırılmasına MÜNASİBƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan Xarici İşlər Nazirliyi, Salonikidəki nümayişlər zamanı Türk bayrağının yandırılmasını qınadı.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabında açıqlama verilib.

“Hər hansı bir ölkənin, bu vəziyyətdə Türkiyənin, milli simvolunu təhqir edən hər hansı bir hərəkəti şiddətli şəkildə qınayırıq.” 

Qeyd edək ki, dünən Salonikidə Ayasofyanın ibadət üçün yenidən açılmasına etiraz edən bir qrup sağçı Türk bayraqlarını yandırıb.