Yunanıstana dəstək üçün ordunu… – Hindistanlı general Türkiyəyə qarşıbackend

Yunanıstana dəstək üçün ordunu… – Hindistanlı general Türkiyəyə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Baş naziri Narendra Modiyə yaxın şəxs, təqaüddə olan general Gaqandeep Bakşı Yunanıstan və Hindistanın Egey dənizində təlimlər keçirə biləcəyini bəyan edərək, Hind donanmasının tez bir zamanda Egey dənizinə göndərilməsinin vacibliyini bildirib.

NOCOMMENT.azxatırladır ki, son günlər Pakistan-Türkiyə münasibətlərini daima gündəmə gətirən yunan mediası bu gün təqaüddə olan hindli general Bakşıdan müsahibə yayımlayıb.

Təqaüddə olan general Yunanıstan və Hindistanın Eget dənizində birgə hərbi təlimlər keçirə biləcəyini qeyd edib.

Hindistan baş nazirinə yaxın olan general Türkiyəni tənqid edərək Hindistan donanmasının tez bir zamanda Egey dənizinə göndərilməsi təklifini müdafiə edib.
Teleqraf