Türkiyənin Prezidenti Ərdoğanın göstərişi ilə Yunanıstanın paytaxtına enən təyyarələr və ekipaj oradan hərbi aviabazaya keçib.
Yunanıstan günlərdir meşə yanğınları ilə mübarizə aparır.
NOCOMMENT xəbər verir ki, alovlar paytaxt Afinanın qərbindəki meşəlik əraziyə təsir etməkdə davam edir.
Türkiyə qonşu ölkənin yanğınları söndürmək səylərinə dəstək olmaq üçün iki təyyarə və bir helikopter göndərib.
Yanğınsöndürən təyyarələrlə yanaşı, helikopter də Yunanıstanın paytaxtına eniş edib.