Yunanıstanda meşə yanğını: Ölən varbackend

Yunanıstanda meşə yanğını: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda davam edən meşə yanğınlarında bir nəfərin öldüyü bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, yanğın paytaxt Afinanın təxminən 120 kilometr şimalında, Viotia bölgəsində meşəlik ərazidə baş verib. Ehtiyat tədbiri olaraq iki yaşayış məntəqəsi boşaldılıb.

Bölgədəki düşərgə ərazisi də təhlükəsizlik məqsədi ilə boşaldılıb.

Məlumata görə, yanğınsöndürmə qrupları tərəfindən Viotiadakı süd müəssisəsində tapılan 80 yaşlı çobanın mal-qaranı qorumaq istəyərkən öldüyü müəyyən edilib.