Yunanıstanda qatar səfərləri nə vaxt başlayacaq?backend

Yunanıstanda qatar səfərləri nə vaxt başlayacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda baş verən qatar qəzasından sonra dayandırılan qatarların 22 Mart tarixindən etibarən mərhələli şəkildə bərpa ediləcəyi açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yunanıstanın İnfrastruktur və Nəqliyyat naziri George Gerapetritis məlumat verib.

Yunanıstanın 2500 kilometrlik dəmir yolu şəbəkəsinin ən sıx nöqtəsi olan Afina-Selanik marşrutu üzrə sərnişin və yük daşımalarının martın 22-də yenidən açılacağını bildirən Gerapetritis, sərnişin qatarlarının aprelin 1-də ölkənin qalan hissəsində xidmətə başlayacağını açıqladı.

Gerapetritis dəmir yolu xidmətləri üçün daha çox işçinin işə götürüləcəyini də qeyd edib.

NOCOMMENT.AZ