Yunanıstanda son 24 saat ərzində istilər və güclü külək səbəbindən 46 meşə yanğını baş verib.
NOCOMMENT.az xəbər verir ki, Yunanıstan Yanğın Xidmətindən verilən açıqlamada, yaxın günlərdə ölkənin bir çox bölgəsi üçün “yüksək meşə yanğını riski” xəbərdarlığı edilib.
Açıqlamada Yunanıstanın müxtəlif bölgələrində son 24 saat ərzində 46 meşə yanğınının baş verdiyi və onların bir çoxunun böyümədən söndürüldüyü bildirilib.
Paytaxt Afinanın da daxil olduğu Attiki Bölgəsindəki meteoroloji şəraitin meşə yanğınları riskini artırdığı vurğulanıb.
Ölkədə istilərin iyulun 20-də pik həddə çatacağı gözlənilir.