Yunanıstanda təyyarə qəzası nəticəsində pilot ölübbackend

Yunanıstanda təyyarə qəzası nəticəsində pilot ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilotun həlak olduğu bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Yunanıstan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, Thiva şəhərində qəzaya uğrayan təyyarənin pilotu ölü tapılıb.

Təyyarədə başqa sərnişin olmadığı üçün qəzada yalnız 37 yaşlı pilot dünyasını dəyişib.

19 oktyabr 2022-ci ildə tək mühərrikli təyyarə Thivada qəzaya uğradı və bir nəfər həlak oldu.