Yunanıstanda ümumi tətil: Minlərlə insan küçələrə çıxdı, uçuşlar ləğv edildibackend

Yunanıstanda ümumi tətil: Minlərlə insan küçələrə çıxdı, uçuşlar ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda 57 nəfərin həyatını itirdiyi qatar qəzasından sonra etirazlar davam edir. Gəmi reysləri dayandırıldı, uçuşlar ləğv edildi, dövlət qurumları və məktəblər bağlı qaldı…

NOCOMMENT.az xəbər verir ki, ölkənin iki ən böyük həmkarlar ittifaqının elan etdiyi 24 saatlıq ümumi tətil çağırışına minlərlə insan qoşulub.

AFP paytaxt Afinadakı nümayişlərə 25 min adamın qatıldığı, ölkə üzrə 40 min insanın küçələrə çıxdığı açıqlanıb.

Yunanıstana və Yunanıstandan çoxlu reyslər ləğv edilib, hava hərəkətinə nəzarət zabitləri tətilə qoşulub.

AFP-nin təqdim etdiyi görüntülərdə paytaxt Afinadakı Eleftherios Venizelos Beynəlxalq Hava Limanında terminalların boş olduğu görülüb.

NOCOMMENT.AZ