Yunanıstanda yanğınlar yerlərdə yenidən şiddətlənirbackend

Yunanıstanda yanğınlar yerlərdə yenidən şiddətlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Aleksandrupoli və Meriç bölgələrində baş verən yanğınlar 12-ci gündə daha çox nəzarət altına alınsa da, bölgədə alov yenidən şiddətlənir.

NOCOMMENT.az xəbər verir ki, Yunanıstanın Dəmirörən (Sıdıro) və Yanören (Yannuli) kəndlərinin meşə sahəsində yanğın yenidən gücləndikdən sonra Mülki Müdafiə Təşkilatı kənd sakinlərini ərazidən uzaqlaşmalarını istəyib.

Meşə Yanğınları Rəsədxanasının (EPADAP) peyk məlumatlarına görə, Alexandroupoli və Meriçdə avqustun 19-da başlayan yanğın avqustun 28-dək 826 min hektardan çox ərazini yandırıb.

Gümülcine və kəndlərinin daxil olduğu Rodop vilayətində Kalaycıdere kəndi yaxınlığındakı meşəlik ərazidə yanğının yenidən gücləndiyi müşahidə edilib.