Yunanıstandan Rusiyaya QADAĞAbackend

Yunanıstandan Rusiyaya QADAĞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan Xarici İşlər Nazirliyi Rusiya və Belarus diplomatlarının martın 25-də ölkənin Müstəqillik Gününün qeyd olunması ilə bağlı tədbirlərə dəvət edilməsini qadağan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Yunanıstanın xaricdəki diplomatik qurumlarına təqdim etdiyi sənəddə bildirilib.

“25 Mart Milli bayramı ilə əlaqədar olaraq, Rusiya və Belarusiyanın diplomatik və konsulluq idarələrinin nümayəndələrinə tədbirlərə dəvət göndərməməyinizi xahiş edirik”, — Xarici İşlər Nazirliyinin Yunanıstanın xaricdəki diplomatik və konsulluq idarələrinə verdiyi məlumatda deyilir.