Yunanıstandan seçki təhlilibackend

Yunanıstandan seçki təhlili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq 14 may seçkilərinə saatlar qalıb. Türkiyə sabah səhər saat 08:00-dan etibarən seçkiyə gedəcək. Seçkilərdə təxminən 64 milyon insan səs verəcək. Türkiyədə keçiriləcək seçkilər dünya mediasında geniş işıqlandırılmağa davam edir.

NOCOMMENT xəbər verir ki, Yunanıstanın ən mühüm media qurumlarından biri olan Ta Nea, “Seçkilər Qərbi və Yunanıstanı məyus edə bilər” başlıqlı təhlilində prezident Ərdoğan üçün “Güclü fiqur, çoxqütblü dünyanın müdafiəçisi” ifadəsini işlədilib. Analizində Ərdoğanın ilk turdan qələbəni ala biləcəyi ifadə edilib.

Xəbərin davamında Ərdoğanın illərdir siyasi səhnədə olduğu və ‘vətəndaş suverenliyinə’ böyük ölçüdə dəyər verdiyi bildirilib.