Yunanıstandan Ukraynaya böyük miqdarda silah tədarükübackend

Yunanıstandan Ukraynaya böyük miqdarda silah tədarükü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan hökuməti Ukraynaya inanılmaz miqdarda silah və sursat göndərib və ya göndərmək üzrədir.

“NOCOMMENT” xəbər verir ki, bu barədə Yunanıstanın “Pronews” portalı məlumat yayıb.

Siyahıya pulemyotlar üçün sursat olan 122 zirehli piyada maşını BMP-1, 15 min 73 mm-lik raket, 2100 raket (122 mm), 20 min AK-47 hücum tüfəngi, 3,2 milyon 7,62 mm çaplı patron, 60 FIM-92, Stinger MANPADS, 17 000 artilleriya raketi (155 mm) və 1100 tank əleyhinə RPG-18 daxildir.

Daşımalarda Yunanıstanın 6 C-130, 10 Kanada və 5 Yeni Zelandiya təyyarəsi iştirak edir.

BMP-1 Yunanıstan və müttəfiq gəmiləri ilə Aleksandrupolis limanına (Yunanıstanın şimal-şərqi) daşınacaq.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts bildirib ki, Yunanıstan hakimiyyəti Ukraynaya sovet tipli silahlar verəcək və bunun müqabilində Almaniyadan piyada döyüş maşınları alacaq.