Yunanıstanı ayağa qaldıran hadisə – 12 yaşlı qıza təcavüz edən 6 nəfər…backend

Yunanıstanı ayağa qaldıran hadisə – 12 yaşlı qıza təcavüz edən 6 nəfər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın paytaxtı Afinada 12 yaşlı qızın anası tərəfindən pul qarşılığında satıldığı və onlarla şəxs tərəfindən təcavüzə məruz qaldığı məlum olub.

NOCOMMENT.az xarici mətbuata istinadən bildirir ki, təxminən bir həftə davam edən istintaqdan sonra uşağın anası da daxil olmaqla 6 nəfər həbs edilib.

Hadisənin gündəmə gəlməsi ilə ölkədə insanlar ayağa qalxıb.

Təxminən iki həftə əvvəl baş verən hadisədə 12 yaşlı qızın anası tərəfindən pul qarşılığında satıldığı və onlarla adam tərəfindən zorlandığı üzə çıxıb. Özəl klinikalardan birində müalicə alan uşaq və yaxınlarının ifadələrinə əsasən indiyədək 30 nəfərin saxlanıldığı, aralarında 37-40 yaşlı insanlar da daxil olmaqla 5 nəfərin həbs edildiyi bildirilib.

Əhalinin hiddətinə səbəb olan hadisə ilə bağlı geniş araşdırma davam edərkən Yunanıstan mətbuatı həbs olunan şəxslərin fotolarını və kimliklərini açıq şəkildə dərc edib. İstintaq davam etdikcə həbs olunanların sayının artma ehtimalı olduğu bildirilir. Vətəndaşların Müdafiəsi naziri Takis Teodorikakos açıqlamasında məsələ ilə bağlı bütün cinayətkarların məsuliyyətə cəlb ediləcəyini bildirib.

Hadisə ilə bağlı sosial mediada da etirazlar səngimək bilmir. İnsanlar bütün məsuliyyət daşıyanların üzə çıxarılmasını tələb edir.

Açıklama yok.