Yunanıstanın aldığı M-346 təyyarələrindən ikisi ölkəyə çatıbbackend

Yunanıstanın aldığı M-346 təyyarələrindən ikisi ölkəyə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın iki il əvvəl İsraillə uçuş təlimi müqaviləsi çərçivəsində istehsal etdiyi 10 M-346 təlim təyyarələrindən ikisi ölkəyə eniş edib.

NOCOMMENT.az xəbər verir ki, Yunanıstan Hərbi Hava Qüvvələri isə sosial media hesablarında iki təyyarənin havada və Kalamata Hava Bazasına enişinin görüntülərini paylaşıb.

Qeyd edək ki, Yunanıstan və İsrail arasında 2021-ci ildə imzalanan 1,65 milyard dollar dəyərində müdafiə sazişinə əsasən, İsrail Yunanıstan Hərbi Hava Qüvvələrinin pilotlarının hazırlanmasına cavabdeh olacaq.

Müqavilə çərçivəsində Yunanıstan Hərbi Hava Qüvvələri 10 ədəd M-346 alacaq və İsrailin müdafiə sənayesi şirkəti Elbit Systems tərəfindən uçuş məktəbi yaradılacaq.

NOCOMMENT.AZ