Yunanıstanın baş naziri: Türk və yunan xalqları dostdurbackend

Yunanıstanın baş naziri: Türk və Yunan xalqları dostdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın baş naziri Kiryakos Miçotakis qatıldığı mərasimdə Türkiyədə baş verən zəlzələlərlə bağlı açıqlama verib. 

NOCOMMENT.az xəbər verir ki, hər cür köməyə hazır olduqlarını vurğulayan Miçotakis, “Türkiyə ilə fikir ayrılığımız olsa belə, türk və yunan xalqları dostdur” deyə bildirib.

Miçotakis Yunanıstandan Türkiyəyə gələn EMAK xilasetmə qruplarının işini yüksək qiymətləndirərək “”Bu insanlar alqışa layiqdirlər. Onlar xalqlarımızı heç nəyin ayırmadığını, Türkiyə ilə mehriban yaşaya biləcəyimizi və son nəticədə münasibətlərimizin çətin anlarda belə daha dərinləşdiyini sübut etdilər” deyə açıqlama verib.

NOCOMMENT.AZ