Yunanlar tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 37 qeyri-qanuni miqrant İzmir sahillərinə çıxarılıb, qeyri-qanuni yollarla xaricə getmək istəyən 23 qeyri-qanuni miqrant isə tutulub.
NOCOMMENT.az xəbər verir ki, Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Menderes rayonu açıqlarında rezin qayıqda bir qrup qeyri-qanuni immiqrantın olması xəbəri üzərinə bölgəyə bir Sahil Mühafizəsi qrupu təyin edilib.
Məlumata görəTürkiyə ərazi sularına sıxışdırılan qayıqda olan 37 qeyri-qanuni miqrant xilas edilib. Sahil Mühafizəsi də Karaburun rayonu yaxınlığında rezin qayıqda olan 23 qeyri-qanuni miqrantı isə yaxalayıb.
NOCOMMENT.AZ