Yunanıstanın Ukraynaya raket tədarükü planları üzə çıxıbbackend

Yunanıstanın Ukraynaya raket tədarükü planları üzə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan hökuməti Ukraynaya 24 ədəd “RIM-7 Sea Sparrow” zenit-raket kompleksi verməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pronews.gr informasiya portalı məlumat yayıb.

»Yunanıstan Ukraynaya 24 “RIM-7 Sea Sparrow” zenit-raket kompleksi verəcək. Bu raketlər 40 ilə yaxındır istifadə olunur və Yunanıstan Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin arsenalındadır”, – nəşr yazır.

Portalın məlumatına görə, “RIM-7 Sea Sparrow” raketi Amerikanın “Raytheon” şirkəti tərəfindən istehsal olunan “yer-hava” tipli raketdir. Bu silah növü təyyarələri məhv etmək üçün, eləcə də idarə olunan raketlərə qarşı istifadə olunur.