Yuri Uşakov: Putinlə Trampın görüşü ilə bağlı hələlik konkret razılaşma yoxdurbackend

Yuri Uşakov: Putinlə Trampın görüşü ilə bağlı hələlik konkret razılaşma yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşü ilə bağlı hələlik konkret razılaşma yoxdur.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Kreml rəsmisinin sözlərinə görə, Putinlə Trampın görüşü diqqətlə hazırlanmalıdır, onların səviyyəsində müzakirə oluna biləcək nəticələr lazımdır.

Uşakov qeyd edib ki, iki lider arasında telefon danışıqları artıq müəyyən nəticələr verir, lakin onların görüşünün bu il baş tutacağı fakt deyil.