Yusif İldırımzadənin qaynı amansızlıqla QƏTLƏ YETİRİLDİbackend

Yusif İldırımzadənin qaynı amansızlıqla QƏTLƏ YETİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qətl hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57a ünvanında baş verib. Həmin ünvanda yaşayan 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlu yaşadığı evdə naməlum şəxs tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. T. Tağıyevə çoxsaylı bıçaq zərbələri endirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib.

Hazırda qatilin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, qətlə yetirilən T. Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

Yusif İldırımzadə sabiq Daxili İşlər naziri, Təhlükəsizik Şurasının katibi Ramil Usubovun qudasıdır.
Trend