Yutub videohostinqi Rusiya aparıcısı Vladimir Solovyovun kanalını bloklayıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, onun kanalının bir milyondan çox abunəçisi var idi.
“Vladimir Solovyovla axşam” kanalından sonra videohostinq “Solovyev LIVE” kanalını da bloklayıb.
“Bu kanal yutubun istifadə şərtlərini pozduğu üçün bloklanıb”, – xidmət səhifəyə daxil olmaq istəyəndə qeyd edir.
Təbliğatçının özü kanalında bloklanmağını “müharibə elanı” adlandırıb.
Qeyd edək ki, Vladimir Solovyov daim Ukrayna əleyhinə təbliğat aparıb.
Buna görə də Kanada hakimiyyəti ona sanksiya tətbiq edib, Avropa İttifaqı V.Solovyovun adını “qara siyahı”ya salıb. Solovyov ikinci Qarabağ müharibəsi zamanı Ermənistanın fəal təbliğatçısı olub. O, Azərbaycan əleyhinə təbliğat aparırdı.