Yuxarı Lars yolu yenə bağlanırbackend

Yuxarı Lars yolu yenə bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yuxarı Lars beynəlxalq buraxılış məntəqəsi vasitəsilə Gürcüstandan Rusiyaya gedən yol bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti bağlanacaq.

NOCOMMENT.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.

Bildirilib ki, Gürcüstan tərəfində aparılan texniki işlərlə əlaqədar gömrük-keçid məntəqəsi avqustun 6-sı saat 01:00-dan 10:00-a kimi bağlı olacaq.

İşlər başa çatdıqdan sonra Gürcüstan tərəfdəki keçid məntəqəsi bərpa olunacaq.

Xatırladaq ki, Yuxarı Larsdan keçən yol hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.