Yuxu rejimi birbaşa ürəyə təsir edirbackend

Yuxu rejimi birbaşa ürəyə təsir edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırmalara görə eyni saatda yatıb oyanmayan insanlarda kökəlmə və diabetin iki növü getdikcə inkişaf edə bilər.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər 50 yaşdan yuxarı 2000 insanın sağlamlıq vəziyyəti və həyat tərzini öyrəniblər. Bu araşdırmadan sonra eyni saatda yatmayan insanlarda təzyiq, stress və qanda şəkərin artımı müşahidə olunub.

Bildirilir ki, hətta vaxt keçdikcə bu tip insanlar ürək çatışmazlğından da şikayyətlənə bilərlər. Eyni zamanda yuxu rejimi sabit olmayan insanlarda depressiya və yuxusuzluq halları da  müşahidə edilib.