Yüz minə yaxın pulu mənimsəyən şəxs həbs edildibackend

Yüz minə yaxın pulu mənimsəyən şəxs həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayon sakinləri Elmira Sadıqova və qardaşı Əkbər İsmayılova məxsus pulun Paşayev Fərman Məhəmmədəli oğlu tərəfindən mənimsənilməsinə əsaslı şübhələr olduğundan Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Yevlax rayon prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, ibtidai istintaqla Yevlax şəhər sakini 1973-cü il təvəllüdlü Fərman Paşayevin Elmira Sadıqovaya məxsus 11 min manat pulu və təkrarən Əkbər İsmayılova məxsus 81 min 900 manat məbləğində pulu onların etibarından istifadə edərək dələduzluq yolu ilə qəsdən ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Fərman Paşayevin əməli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.