Yüzlərlə şəxsi xilas edən azərbaycanlı ilə bağlı açıqlama – VİDEObackend

Yüzlərlə şəxsi xilas edən azərbaycanlı ilə bağlı açıqlama – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Azərbaycandakı Səfirliyi Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafatla təltif olunan azərbaycanlı Fərrux Məmmədovu təbrik edib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı səfirliyin yaydığı məlumatda deyilir: “ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədovu potensial cinayətkar haqqında məlumat verdiyinə görə Kempbell Şəhər Polis İdarəsindən xüsusi mükafat alması münasibətilə təbrik edirik. Polis Fərrux Məmmədovun zənginin yüzlərlə insanın həyatını xilas etdiyini güman edir. Bu, ABŞ polisinin layiqincə qəhrəman adlandırdığı Fərruxun sayəsində baş vermişdir”.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub.

F.Məmmədov iyulun 9-da gecə yarısı müşahidə kamerasında gördüyü terrorçu barədə 911-ə zəng edərək ABŞ polisini məlumatlandırıb.

Polisin qənaətinə görə, Fərrux Məmmədovun zəngi yüzlərlə insanın həyatını xilas edib.