Yüzminlik tenderləri udan şirkətə nazirlikdən qadağabackend

Yüzminlik tenderləri udan şirkətə nazirlikdən qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) nəticəsi ləğv olunub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, tender müsabiqəsinin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubuna əsasən etibarsız hesab olunub.

Məlumat üçün bildirək ki, Şəki rayon Psixiatriya Xəstəxanasının dəftərxana və təsərrüfat mallarının alınması məqsədilə keçirdiyi 39 min 182 manat dəyərində kotirovka sorğusunun qalibi “Tural-FB” MMC (VÖEN – 1307245221) olub.

Onu da bildirək ki, “Tural-FB” MMC 06.05.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şəki rayonunun Kiş kəndində yerləşir. Qanuni təmsilçisi Bəşirli Orxan Qorxmaz oğludur.

“Tural-FB” MMC ötən ay Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən 25 min manatlıq daha bir tender müsabiqəsinin qalibi olub. Xəstəxanaya dəftərxana malları satmaq istəyən şirkət bu dəfə də abadlıq işləri həyata keçirəcək.

Bu tenderdən bir ay əvvəl (iyun ayında) isə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən keçirlən 61 min manatlıq tender müsabiqəsinin qalibi də “Tural-FB” MMC olub. Barəsində açıq internet resurslarında heç bir məlumat olmayan “Tural-FB” MMC 2022-ci il ərzində Şəki şəhərində respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərini təşkil edəcək. Əvvəlki illərdə də “Tura-FB” MMC Şəki şəhər İcra Hakimiyyətinin keçirdiyi yüzminlik tenderlərin qalibi olub.