Zabil Qəhrəmanov həbs edildi – FOTO / YENİLƏNİBbackend

Zabil Qəhrəmanovun həbs edildi – FOTO /  YENİLƏNİB 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilib, barəsində qərar verilib.

NOCOMMENT.az-ın məlumatına görə, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən məhkəmədə onun barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

***

Xəbər verdiyimiz kimi, Gəncədə saxlanılan keçmiş vəkilə cinayət işi açılıb.

NOCOMMENT.az-ın məlumatına görə,  açılan cinayət işi ilə bağlı Gəncə şəhər Məhkəməsində hazırda məhkəmə prosesi başlayıb.

***19:16

Gəncədə saxlanılan keçmiş vəkilə cinayət işi açılıb, məhkəməsi keçirilir.

NOCOMMENT.az-ın məlumatına görə, keçmiş vəkil Zabil Qəhrəmanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə cinayət işi açılıb.

Açılan cinayət işi ilə bağlı Gəncə şəhər Məhkəməsində hazırda məhkəmə prosesi keçirilir.

Xatırladaq ki, o, avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.