Zabrat-1 qəsəbəsində zibillər niyə daşınmır? – FOTObackend

Zabrat-1 qəsəbəsində zibillər niyə daşınmır? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, N.Nərimanov küçəsində məişət tullantıları antisanitar vəziyyətin yaranmasına səbəb olub.

NOCOMMENT.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə sakinlər məlumat veriblər.

Onlar iddia edirlər ki, bir neçə gündür əraziyə atılan tullantıların daşınmaması səbəbindən pis vəziyyət yaranıb, ərazi zibil poliqonuna çevrilib. Bu səbəbdən də ərazidə sahibsiz itlərin sayı artıb.

Sakinlər həmçinin bildirirlər ki, onların şikayətlərinə baxılmır, ərazidə heç bir təmizlik işləri görülmür.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. oxu.az-ın sorğusuna cavab olaraq ərazinin qısa zamanda təmizlənəcəyi bildirildi.

Fotoları təqdim edirik: