Zabuxdan köçən ermənilər Qarabağda yaşamayacaqlar – AÇIQLAMAbackend

Zabuxdan köçən ermənilər Qarabağda yaşamayacaqlar – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan erməni icmasının rəhbəri Andranik Çavuşyan Ermənistanın “Hraparak” nəşrinə verdiyi açıqlmada deyib ki, kənddən köçməyə hazırlaşan ailələr Qarabağda yaşamayacaqlar.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Andranik Çavuşyan 15 günə kəndi tərk edəcəklərini deyib.

Bildirilib ki, Zabuxda 54 ailənin 200-dən çox üzvü yaşayır. Onlardan yalnız 7 ailə Qarabağda (Xankəndi) yaşamağa davam edəcək. Digər ailələr isə Ermənistana köçəcək.