Zabuxdan salamat buraxdığımız Andranik oğlu ilə birgə Xankəndində mitinqdə…-FOTObackend

Zabuxdan salamat buraxdığımız Andranik oğlu ilə birgə Xankəndində mitinqdə…-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Zabuxda qanunsuz məskunlaşmış hayların qondarma “mer”i, 2017-ci ildə Suriyadan köçürülərək Azərbaycan torpağında qanunsuz məskunlaşmış Livan mənşəli Andranik Çavuşyan hələ kənd tam boşaldılmamışdan xeyli öncə – avqustun ortalarında ailəsini: arvadını və 5 uşağını əşyaları ilə birlikdə Xankəndinə göndərib.

NOCOMMENT.az Moderator.az -a istnadən xəbər verir ki, Aprel döyüşlərində və 44 günlük savaş zamanı əlində silah Azərbaycana qarşı döyüşmüş, Zabuxda dəfələrlə Azərbaycan əsgərinə qarşı hədələyici çıxışlar etmiş terrorçu xislətli A.Çavuşyan bu dəfə sentyabrın 2-də qanunsuz məskunlaşdığı Xankəndində görünüb.

Sosial şəbəkələrin erməni seqmentində Xankəndində Azərbaycan ərazisində separatçı-terrorçu erməni rejiminin qondarılmasının 31-ci ildönümü ilə bağlı keçirilən mintinqdən yayılmış fotolarda işğal dövründə Zabuxda qanunsuz məskunlaşmış hayların üzdəniraq “meri” də azyaşlı oğlu ilə birgə görüntülənib.
 
Qeyd edək ki, bu ilin iyul ayında A.Çavuşyan İrəvanda rusiyayönlü müxalifətin Azərbaycan əleyhinə mitinqinə də qatılmışdı…
Xatırladaq ki, Moderator.az Zabux və Laçın şəhərindən çıxmış 10-a yaxın digər qanunsuz məskunlaşmış hay ailəsinin də yenidən qanunsuz olaraq Xankəndində məskunlaşmaları haqda məlumat vermişdi…