Zahid Oruc: Ermənistan Avropa Şurasından da istədiyini ala bilmədibackend

Zahid Oruc: Ermənistan Avropa Şurasından da istədiyini ala bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TBMM sədrinin Bakıya təşrif buyurması Azərbaycan xalqına, dövlət başçısına, Milli Məclisə göstərilən qardaşlıq münasibətinə nümunədir”.

NOCOMMENT xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

Zahid Orucun sözlərinə görə, bu səfər mənəvi, ictimai-milli gücümüzü artırır: “Ermənistanın azğın hücumlarının olduğu Gəncəyə səfər edilməsi də Azərbaycan, dünya, Türkiyə mediasında əksini tapacaq. Bu, Gəncə xalqına mənəvi, ruhi qida verəcək. Bu gün müxtəlif ölkələr Azərbaycanın haqlı mövqeyini artıq düzgün dəyərləndirir.

Britaniyadan Türkiyəyə verilən reaksiyalarda Azərbaycanın haqq işinin dəstəklənməsi görünür. BP-nin Baş nazirimizə ünvanlanan məktubda, Almaniya rəsmilərinin açıqlamalarında da biz bu dəstəyi görürük. Avropa Şurasından da Ermənistan istədiyini ala bilmədi”.