“Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Sumqayıt şəhərində də vaksinasiya prosesi davam edir.
Sumqayıt şəhəri İcra Hakimiyyətindən NOCOMMENT-ə verilən məlumata görə, şəhərdə vaksinasiya prosesinin həyata keçirilməsi üçün 8 tibb məntəqəsi fəaliyyət göstərir.
Tibb məntəqələrində təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək 4 minə yaxın şəhər sakini peyvənd edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da bu gün COVİD-19 əleyhinə peyvənd olunub.