Zakir Fərəcov Türkiyədə yaşayan xanıma ev hədiyyə edib?backend

Zakir Fərəcov Türkiyədə yaşayan xanıma ev hədiyyə edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Türkiyədə yaşayan bir xanıma 4 otaqlı mənzil hədiyyə etdiyi bildirilir. İddialara görə, icra başçısı ona yaxın olan deputat vasitəsi ilə hədiyyəni xanıma təqdim edib. 

Hətta bildirilir ki, Z.Fərəcov xanımın ailə üzvlərindən birinin toyuna elə həmin deputatı yollayıb və çox qiymətli hədiyyələr göndərib. Sözügedən xanımın kimliyi açıqlanmasa da, onun Zakir Fərəcova çox yaxın olduğu güman edilir.

NOCOMMENT xəbər verir ki, modern iddialara aydınlıq gətirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyilənlərin doğru olmadığını bildirib.

“Sözügedən iddialar əsassızdır. Şayiələrə inanmaq lazım deyil”, – deyə E.Qocayev vurğulayıb.