Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edibbackend

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

Qeyd edək ki, general-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.