Azərbaycanın Regional Su Meliorasiya Xidməti qəza bərpa işlərində istifadə olunacaq nəqliyyat vasitələrinin satın alınması üçün tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ehtimal olunan qiymət 9.948.750,00 AZN olaraq göstərilib.
Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin olunub.