“Regional Su Meliorasiya Xidməti” 2 aqreqatlı Oryad tərpənməz nasos stansiyasının (nasos stansiya binası, su çəni, hamam, xidməti otaq, təzyiq hovuzu, giriş-çıxış boru xətti) əsaslı təmir işlərini həyata keçirmək üçün tender keçirib.
Tenderin qalibi “Aypara-İnşaat” MMC olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, təklifin qiyməti 101.511,55 AZN-dir və yaxın vaxtlarda müqavilənin bağlanacağı gözlənilir.
Qalib şirkətin nizamnamə kapitalı 4 manatdır, qanuni təmsilçisi Maarif Mikayılov Aydın oğludur.
Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayaraq Zakir Quliyevi Regional Su Meliorasiya Xidmətinin rəisi təyin etmişdi.