“Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxsi “buldozer”lərin satın alınması üçün tenderin qalibi olaraq “İntertek Makina Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialını seçib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,Tərəflər arasında 2.545.260 manat məbləğində müqavilə bağlanacağı gözlənilir. Qalib şirkətin qanuni təmsilçisi Hüseyn Bilek adlı Türkiyə vətəndaşıdır.
“İntertek Makina Anonim Şirkəti”nin Azərbaycan filialı “Uygunlar DIS TİCARET A.Ş.” qrupuna daxildir və yol tikintisi və inşaat sahəsində ixtisaslaşmış nəqliyyat vasitələri və xüsusi texnikaların satışını həyata keçirir. Şirkət Bakı şəhəri, Yeni Yasamal Xarici Dairəvi Yol ünvanında yerləşir və 18 ildir fəaliyyət göstərir.
Filial Çin, Türkiyə və bir çox Avropa ölkələrinin qabaqcıl brendlərini təklif edir, həmçinin texniki xidmət və ehtiyat hissələrin təminatını həyata keçirir. Uygunlar Dış Ticaret A.Ş.-nin İdarə Heyətinin sədri Şükrü Şahin Gökdere, baş direktoru isə Cüneyt Aksudur.
Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.