Zalujnı: Avropa Ukraynaya yardımda Rusiya və ABŞ-dan geri qalırbackend

Zalujnı: Avropa Ukraynaya yardımda Rusiya və ABŞ-dan geri qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) hələ də ABŞ-dan asılı vəziyyətdədir və Ukraynaya hərbi yardım göstərmək baxımından kifayət qədər zəifdir.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Ukraynanın sabiq Silahlı Qüvvələr Baş Komandanı və Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı “Ukrainskaya Pravda” nəşrində dərc olunan məqaləsində bildirib.

“Avropa ölkələri müdafiə-sənaye kompleksində sürətli dəyişikliklərə hazır olmadı və bu sahədə Rusiya və <…> ABŞ-a uduzdular”, – deyə o yazıb.

Zalujnının fikrincə, ABŞ olmadan müttəfiqləri Ukraynaya yardım göstərməyə cəlb etmək mümkün deyil.