Zambiyada sərxoş polis 13 nəfəri Yeni ili qeyd etmək üçün sərbəst buraxdıbackend

Zambiyada sərxoş polis 13 nəfəri Yeni ili qeyd etmək üçün sərbəst buraxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zambiyada sərxoş polis Titus Phiri 13 şübhəlini Yeni il şənliyinə getmək üçün həbsdən azad edib.

NOCOMMENT.az bildirir ki, əməliyyat müfəttişi soyğunçuluq və basqın etməkdə ittiham olunan şəxsləri azad edib. Saxlanılan 13 nəfər arasında oğurluq, soyğunçuluq və basqın etməkdə ittiham olunan şəxslər də var. Onların hamısı hələ də azadlıqdadır və axtarılır.

Phiri özü Serah Banda adlı həbsxana işçisindən açarları zorla alarkən sərxoş olub.

Nəzarətdə olan 15 şübhəlidən 13-ü qaçıb. Hadisədən sonra polis özü də hadisə yerindən qaçıb”- deyə polis sözçüsü Rey Hamunqa qeyd edib.

Eyni zamanda, Zambiya prezidentinin keçmiş sözçüsü və hüquqşünas Dixon Ger “Facebook”da vəziyyətə güldüyünü yazıb.

“Hər dəfə bu ssenarini təsəvvür edəndə gülməkdən ölürəm!”

Xatırladaq ki, 1997-ci ildə Ali Məhkəmənin hakimi Kabazo Çanda yeni il ərəfəsində şübhəli və polisin təhlükəli hesab etdiyi 53 nəfərin azadlığa buraxılmasına qərar verib.

Şübhəlilərdən bəziləri lap çoxdan, bəziləri hələ isə 1992-ci ildə həbs edilib, lakin heç vaxt məhkəməyə gəlməyiblər.\\Sfera.az