Zaminbank-ın Müşahidə Şurasının sədri hakim qarşısına çıxarılırbackend

Zaminbank-ın Müşahidə Şurasının sədri hakim qarşısına çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.

NOCOMMENT xəbər verir ki, cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlunun qanunsuz əməlləri ilə əlaqədar hazırda ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.