Zaqatala Rayon İcra Hakimiyyətinin şəhərin küçələrinin asfaltlaşdırılması işləri ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, bunun səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin dəyəri 613 600 AZN olub.