Zaqatalada 26 yaşlı gənci ilan sancdıbackend

Zaqatalada 26 yaşlı gənci ilan sancdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada 26 yaşlı gənci ilan sancıb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Çobankol kəndində qeydə alınıb. Belə ki, bu gün saat 16 radələrində kənd sakini, 1995-ci il təvəllüdlü Efrayıl Məhyəddin oğlu İsmayılov ilan sancması xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı E. İsmayılov Yuxarı Tala kəndinin inzibati ərazisində dəmir yığan zaman ilan onun sol qolunun said nahiyəsindən sancıb. E. İsmayılova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir./APA