Zaqatalada baş verən ağır qəzanın görüntüləri – ANBAAN VİDEObackend

Zaqatalada baş verən ağır qəzanın görüntüləriANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada iki avtomobilin toqquşması ilə baş verən ağır qəzanın görüntüləri yayılıb. 

NOCOMMENT xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb.

Məlumatlara görə, hadisə ötən gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Qəza zamanı Zaqatala rayonu Yuxarı Tala kənd sakini Nemət Şaban oğlu Aydəmirovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili Aşağı Tala kənd sakini Tərlan Yaşar oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan VAZ-2106 markalı avtomobilin sürücüsü N. Aydəmirov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

N. Aydəmirov rayonun Aşağı Tala kəndində fəaliyyət göstərən Zaqatala Peşə Məktəbinin müəllimidir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

oxu.az