Zaqatalada əsgər özünü güllələdi, general hərbi hissəyə yollandıbackend

Zaqatalada əsgər özünü güllələdi, general hərbi hissəyə yollandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada hərbi hissədə intihar olub.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev silahdan atəş açaraq, özünü öldürüb. Dövlət Sərhəd Xidmətindən (DSX) faktı təsdiqləyiblər.

Bildirilib ki, DSX rəisinin göstərişi ilə müavini, Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov hazırda həmin hərbi hissəyə ezam olunub, Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.