Sel nəticəsində yüzlərlə ev təhlükə altındadır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Zaqatalada güclü yağışlar nəticəsində Tala çayından keçən sel 35 metr uzunluğundakı bəndi qəzalı vəziyyətə salıb. 100-ə yaxın ev təhlükə altındadır.
Rayon mərkəzində bir çox yaşayış məntəqələrini mühafizə edən bu bəndin 300 metr hissəsi deformasiyaya uğrayib. 35 metr hissəsi isə tamamən aşıb. Əraziyə baxış keçirən aidiyyati orqanlar, sahil bərkitmə işləri görüb, suyun məcrası dəyişdirilərək təhlükənin qarşısı nisbətən alınıb.
Ancaq vətəndaşlar bildirir ki, ərazidə dərhal mühafizə bəndlərinin tikilməsi vacibdir. Əks halda bir çox ev təhlükə ilə üz üzə qalacaq. SMSİ-dən aldığımız məlumata əsasən il sonuna kimi ərazidə yeni beton bəndin tikilməsi planlaşdırılır.
O da qeyd olunub ki, uçma baş verən ərazidə əsaslı təmir işləri aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.