Zaqatalada yol qəzasında 2 nəfər ölüb və xəsarət alanlar var – FOTO – YENİLƏNİB-1backend

Zaqatalada yol qəzasında 2 nəfər ölüb və xəsarət alanlar var – FOTO – YENİLƏNİB-1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində “VAZ-21013” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

***

19:00

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21013” markalı minik avtomobili yol ayrıcında dayanan “Chevrolet Niva” markalı minik avtomobilinə çırpılıb. Zərbənin gücündən hər iki avtomobil ərazidəki İkinci dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidə kompleksinin qapılarına çırpılıb.

“VAZ 21013”də olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, Vətən müharibəsi qazisi Samir Fəxrəddin oğlu Həsənov hadisə yerində ölüb.

“VAZ 21013” markalı avtomobildə olan digər iki nəfər, Zaqatala rayon sakinləri – 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev xəsarətlər alaraq Zaqatala rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

17.42

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda, Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.