Zaqatalanın şimalında daha bir zəlzələ olubbackend

Zaqatalanın şimalında daha bir zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala stansiyasından 47 km şimalda daha bir zəlzələ olub.

Bu barədə NOCOMMENT-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:16-da Zaqatala stansiyasından 47 km şimalda, Rusiya ərazisində zəlzələ baş verib.

Maqnitudası 3,4 olan zəlzələ 24 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10:42-də Zaqatala stansiyasından 47 km şimalda, Rusiya ərazisində daha bir zəlzələ olub. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.