Zaur Darğallı: Marneulidə içməli su olmayan kənd qalmayacaqbackend

Zaur Darğallı: Marneulidə içməli su olmayan kənd qalmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın gələcəkdə Marneulidə içməli su və mərkəzi yolları olmayan kənd qalmayacaq”.

NOCOMMENT Report-a istinadən xəbər verir ki, bunu Marneuli meri, deputatlığa namizəd Zaur Darğallı jurnalistlərə açıqlamasında deyib.

O, 2012-ci ildən etibarən bələdiyyədə bir sıra əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirildiyini bildirib: “Yaxın illərdə Marneulidə bütün kəndlər keyfiyyətli içməli su ilə təmin olunacaq. Yol infrastrukturunun bərpası və tikintisi üzrə layihələr də davam etdiriləcək”.

Z.Darğallı qeyd edib ki, deputat seçiləcəyi təqdirdə, parlamentdə Marneuli və Qardabani seçicilərinin layiqli təmsilçisi olmaq üçün əlindən gələni əsirgəməyəcək.